Hacıqabul rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisində qanunsuz ov edən şəxslər aşkarlanıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib.
Hacıqabul rayon polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Muğan qəsəbəsi ərazisində R.Babayev, S.Mehdiyev və A.Əhmədzadə qanunsuz ov etdiklərinə görə saxlanılaraq polis şöbəsinə gətirilib.
Saxlanılan şəxslərdən 2 ədəd ov tüfəngi, süni maketlər və ovladıqları çöl quşları götürülüb.
Faktla bağlı araşdırma aparılır.