21 Yanvar 2021 13:33
592
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində yol qəzası olub.

Teleqraf.com xəbər verir ki, şəhərin Azərbaycan prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini C.İsmayılova vurulub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.


Müəllif: Hacı Zeynalov