23 Yanvar 2021 21:24
405
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xızı rayonunda minik avtomobili qarlı yolda qalıb.

Teleqraf.com xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 qaynar telefon xəttinə Xızı rayonu Qızılqazma kəndi ərazisində, vətəndaş Mehdiyev Rüfət Rafiq oğluna məxsus “Mercedes” markalı minik avtomobilində 3 nəfər vətəndaşın qarlı yolda bataraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal əraziyə nazirliyin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Vətəndaşlar və avtomobil FHN in Xızının DYMX in əməkdaşları tərəfindən xüsusi avadanlıqlardan istifadə olunmaqla təhlükəsiz əraziyə çıxarılıb.


Müəllif: Teleqraf.com