28 Yanvar 2021 15:32
567
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xızı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Altıağac qəsəbəsi ərazisində yerləşən mağazaların birindən 260 manat pul, danışıq kartları və tütün məmulatları oğurlamaqda şübhəli bilinən qəsəbə sakini İlqar Camalov saxlanılıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Naziriliyin mətbuat xidmətinin Quba rayonunda regional qrupundan bildirilib.

Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı İ.Camalov barəsində Xızı rayon polis şöbəsində cinayət işi başlanılıb.

Onun digər oğurluq hadisələrində iştirakının olub-olmaması araşdırılır.


Müəllif: Hacı Zeynalov