29 Yanvar 2021 12:04
516
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kürdəmir rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Kürdəmir rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Sığırlı kənd sakinləri E.Şəmiyev və S.Ağayev saxlanılıblar.

Şəxsi axtarış zamanı E.Şəmiyevdən 6 qramdan artıq, yaşadığı evdən 460 qram marixuana, İ.Ağayevdən 7 qrama yaxın, ona məxsus yardımçı təsərrüfatdan isə 465 qram marixuana aşkar edilib.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov