Ukraynada Azərbaycan diasporunun ən fəal nümayəndələrindən biri, daim ölkəmizin haqq səsinə səs vermiş, ölkəmiz adına keçirilən tədbirlərdə yaxından iştirak edən Seymur Məhərrəmov “Covid-19” virusundan dünyasını dəyişib. Daha öncə Seymur Məhərrəmovun qardaşı İltifat Məhərrəmov da koronavirusdan dünyasını dəyişmişdi.
Teleqraf.com “Asmedia.kiev.ua” istinadla xəbər verir ki, Məhərrəmov qardaşları fəal vətəndaş mövqeyinə və ölkənin ictimai-siyasi həyatında yaxından iştirakına, sülhpərvər və xeyriyyəçilik fəaliyyəti ilə Ukraynada daim diqqət mərkəzində olublar.
Hər iki şəxs Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Lvov vilayəti üzrə gənclər təşkilatının sədri Şəhriyar Məhərrəmovun əmisidir.