Ağstafa şəhərində 24 yaşlı şəxs naməlum şəraitdə aldığı kəsici xəsarətlə xəstəxanaya müraciət edib.
Ağstafa rayon sakini, 24 yaşlı Roman Abbasov sol böyrək üstü nahiyəsindən kəsici xəsarət alıb.
O, yaxınları tərəfindən Ağstafa rayon Mərkəzi Xəstəxanasına aparılıb. İlkin tibbi yardım göstərildikrən sonra Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə göndərilib.
Özü ehtiyatsızlıqdan yıxılaraq dəmir parçasının batması nəticəsində xəsarət aldığını bildirib.
Onun dəqiq olaraq hansı şəraitdə xəsarət aldığı polis əməkdaşları tərəfindən araşdırılır./Report/