17 Fevral 2021 10:50
539
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Səbail rayonunda fevralın 15-də kitab mağazasından 1 ədəd mobil telefon və 120 manat oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlinin 3 azyaşlı tərəfindən törədilməsi məlum olub.

Oğurlanan telefon maddi sübut kimi aşkarlanaraq götürülüb.

Oğurluqda şübhəli bilinən şəxslərlə bağlı müvafiq araşdırmalar davam etdirilir.

Qeyd edək ki, oğurluq edilən kitab evi "Əli və Nino" MMC-yə məxsusdur.


Müəllif: Hacı Zeynalov