Ağdam rayon sakini X. Mirzalıyev fevral ayının 13-də Bərdə rayon polis şöbəsinə ərizə ilə müraciətində özünə qarşı zor tətbiq edilərək 197 manat pulunun soyğunçuluq yolu ilə ələ keçirildiyi barədə məlumat verib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib.
Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Bərdə şəhər sakini Rüfət Muxtarov və Şuşa şəhər sakini Vilayət Şadmanov saxlanılıb.
Saxlanılan hər iki şəxs törətdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı Bərdə rayon polis şöbəsində cinayəti işi başlanılıb.