Şəmkir rayonunda quldurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Şəmkir rayon polis şöbəsinə fevralın 19-da saat 3 radələrində Kür qəsəbəsi ərazisində iki nəfərin Gədəbəy rayon sakini R.İbrahimovu döyərək pulunu almaları barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən qəsəbə sakinləri, əvvəllər məhkum olunmuş E.Məmmədov və A.Qəhrəmanov müəyyən edilərək saxlanılıblar.
Faktla əlaqədar cinayət işi başlanıb.