Bakının Yasamal rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsinə müraciət edən Bakı şəhər sakini M.İmanov fevralın 23-də G.Əsədov küçəsində bir nəfərin onun “Mercedes” markalı avtomobilindən mobil telefonunu apardığını bildirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş R.Abdullayev saxlanılıb.
Bundan başqa, Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 15-də E.Vəlizadənin içərisində 50 manat və sənəd olan pulqabısını oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş E.Əliyev tutulub.
Hər iki faktla bağlı cinayət işi başlanıb.