Ağdam rayonunda idarə rəisi minaya düşüb.
Teleqraf.com-un məlumatına görə, Ağdam rayonu Mexaniki Suvarma İdarəsinin rəisi Hafiz Əzizzadə rayonun işğaldan azad olunan Novruzlu kəndində xidməti vəzifəsini yerinə yetirərkən minaya düşüb.
Hadisə nəticəsində idarə rəisi ağır xəsarətlərlə xəstrəxanaya yerləşdirilib. Hazırda idarə rəisinin vəziyyəti ağır qiymətləndirilir.