6 Mart 13:12
227

Bakının Suraxanı rayonu ərazisində yol qəzası olub.

Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakinləri G.İsmayılovun idarə etdiyi “Toyota” və İ.Şükürovun idarə etdiyi “KİA” markalı avtomobillər toqquşub.

Nəticədə G.İsmayılov aldığı xəsarətlərdən hadisə yerində ölüb, digər sürücü və avtomobillərdəki sərnişinlər xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Suraxanı rayon Polis İdarəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov