16 Mart 2021 16:28
632
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yasamal rayon Polis İdarəsinin 29-cu polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı rayon ərazisində soyğunçuluq etməkdə şübhəli bilinən Ramiq Əzimov və Təbib Əliyev saxlanılıblar.

Teleqraf.com-un xəbərinə görə, araşdırma zamanı məlum olub ki, qeyd edilən şəxslər hadisə zamanı Yasamal rayonu ərazisində bir nəfərə yaxınlaşaraq əvvəlcə ondan danışmaq üçün mobil telefon istəyiblər.

Daha sonra həmin şəxslər zərərçəkənin dəyəri 410 manat olan “Samsung” markalı telefonunu və içərisində 280 manat olan pul kisəsini əlindən alaraq hadisə yerindən qaçıblar.

Polis əməkdaşları tərəfindən saxlanılan R.Əzimov və T.Əliyev etdikləri cinayəti etiraf ediblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər