17 Mart 2021 16:12
724
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Suraxanı rayonunda quldurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Suraxanı rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə G.Mirzəyeva müraciət edib.

O, martın 15-də Hövsan qəsəbəsi Bağlar yaşayış sahəsində evinin həyətinə girmiş bir nəfərin onu bıçaqla hədələyib, 800 manat dəyərində mobil telefonunu aldığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş İ.Cəbrayılov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər