Masallı rayonunda üç gün əvvəl qəza törədən sürücü saxlanılıb.
Teleqraf.com xəbər verir ki, martın 19-da saat 23 radələrində Masallı rayonunun Qəriblər kəndi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Allahyarlı kənd sakini İsrafil İsrafilov vurulub.
Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Masallı rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Mercedes” markalı avtomobillə törədilməsi müəyyən edilib.
Ölümlə nəticələnmiş yol qəzasını törədərək hadisə yerindən yayınan Qəriblər kənd sakini Ə.Əliyev həmin avtomobillə birgə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.