Xəzər dənizində zəlzələ qeydə alınıb.
Bu barədə Teleqraf.com Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar ötən gün yerli vaxtla saat 19:48-də qeydə alınıb. Zəlzələ 3,5 maqnitudada baş verib. Zəlzələ ocağı 25 kilometr dərinlikdə yerləşib.