Sumqayıt şəhərində quldurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, şəhərin Novruz qəsəbəsi ərazisindəki mağazaların birində satıcı X.Hüseynovu bıçaqla hədələyib, əl-ayağını iplə bağlayıblar.
Daha sonra həmin şəxslər kassadan 1070 manat, 6000 manat dəyərində tütün məmulatı, spirtli və sərinləşdirici içkilər aparıblar.
Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəhər sakinləri M.Abdullayev və C.Bayramzadə saxlanılıblar.
Onların hər ikisinin əvvəllər məhkum olunduğu üzə çıxıb.
Faktla bağlı araşdırma aparılır.