4 Aprel 2021 10:42
428
12 Punto 14 Punto 16 Punto 18 Punto

Goranboy rayon polis şöbəsinə Xatınlı kəndində nişan mərasiminin keçirilməi barədə məlumat daxil olub.

Teleqraf.com xəbər verir ki, polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə mərasimin keçirilməsinin qarşısı alınıb, mərasim iştirakçıları barədə qanunvericiliyə uyğun tədbir görülüb.

Sanitar-epidemioloji normaları pozan şəxslərlə profilaktik söhbətlər aparılaraq xüsusi karantin rejim qaydaları izah olunub.

Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər