29 Oktyabr 2014 11:50
1 232
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu, çox səviyyəsiz yanaşmadır”

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Sumqayıt şəhər şöbəsinin sədri Rafiq Daşdəmirlinin ittihamlarına cavab verib.

R.Daşdəmirli bildirib ki, AXCP Sumqayıt şəhər şöbəsinin keçmiş sədri Kamaləddin Rəhimov A.Nağı ilə münasibətlərinə görə partiyadan xaric olunub. "Kəmaləddin Rəhimovun Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı ilə münasibətləri olub. Akif Nağının hakimiyyyətə bağlılığı hər kəsə bəllidir. Sumqayıt cəbhəçiləri də Kəmaləddin Rəhimovun Akif Nağı ilə isti münasibətdə olduğunu biləndən sonra toplaşıb onu partiyadan çıxarıblar".

QAT sədrinin bu iddialara münasibəti sərt olub: "Hakimiyyətə işləyən, ona yaxın olan siyasətçilərin önündə Əli Kərimli durur. 1995 və 2000-ci illərdə parlamentə gedən Əli Kərimli olub. Əgər parlamenti bəyənmirdisə, seçkilərin nəticələrinə etiraz edirdisə, niyə gedib orda otururdu?".

A.Nağı qeyd etdi ki, AXCP Sumqayıt şəhər şöbəsinin sədrinin yanaşması çox səviyyəsizdir: "Yalandan hay-küy salmalarına baxmayın, onlar satılmağa meyllidilər. Akif Nağı üçün hakimiyyət-müxalifət fərqi yoxdur. Mən Qarabağ Azadlıq Təşkilatının rəhbəriyəm. Bütün tərəflərlə münasibətim var. Kəmaləddin Rəhimov QAT-ın Sumqayıt şöbəsinə üzv olmaq üçün müraciət etmişdi. O, bizə müraciət edəndə dedi ki, AXCP Sumqayıt şəhər şöbəsinin sədri vəzifəsindən çıxıb. Onun partiyadan bizimlə əlaqəsi olduğuna görə çıxarılması ağ yalandır".

Ayxan


Müəllif:

Oxşar xəbərlər