Saatlı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı rayonun Qazanbatan kənd sakini Arif Məmiyevin yaşadığı evin həyətində qonaqların iştirakı ilə toy məclisi təşkil etdiyi müəyyən edilib.
Teleqraf.com xəbər verir ki, Arif Məmiyev və məclis iştirakçılarından 3 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub, digər iştirakçılara isə xəbərdarlıq edilib.