29 Oktyabr 2014 17:24
1 208
12 Punto 14 Punto 16 Punto 18 Punto

REAL Hərəkatının İdarə Heyətinin üzvü Erkin Qədirli Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqları şərh edib.

Teleqraf.com-un məlumatına görə, E.Qədirli qeyd edib ki, gücün tətbiqi hesabına yaranmış vəziyyət danışıqla dəyişdiriləsi deyil:

“”Sülh mövzusu”nda maraqlı olan biz deyil, Ermənistandır. Ermənistan işğalçıdır, tutduğunu saxlamaq istəyir, ona görə də özünü barışçı kimi göstərir. İşğala məruz qalmış Azərbaycanda militarist, revanşist, millətçi ruhun, ya da söhbətlərin artması təbii haldır, birbaşa işğaldan qaynaqlanır. Beynəlxalq vasitəçilər adlanan tərəflər hazırki vəziyyətin (status-kvo) saxlanmasında maraqlıdır, çünki öz aralarında razılığa gələ bilmirlər. Status-kvonun pozulmaması üçün hamı Azərbaycana təzyiq göstərir ki, Azərbaycan hücum etməsin. Hücum etməyə haqqı olduğu halda Azərbaycanı haqsız işğalla barışmağa və ya ən azından, işğala dözməyə məcbur etməyə çalışırlar. Azərbaycan hücum etmək qətiyyətini və hazırlığını aydın göstərməyincə, heç kəs Ermənistana təzyiq etməyəcək ki, işğal etdiyi torpaqlardan çəkilsin”.

Onun sözlərinə görə, işğal ona görə davam edir ki, onun saxlanması münaqişənin yekun həllindən daha ucuz başa gəlir: “Azərbaycan bu qiyməti (işğal xərclərini) Ermənistan üçün dözülməz dərəcədə bahaya çevirməlidir”.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər