Bakının Suraxanı rayonunda quldurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, aprelin 16-da Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsinə bir şəxsin Ramana qəsəbəsi ərazisində Bakı şəhər sakini İ.Alıyevi döyərək “KİA” markalı avtomobilini, 350 manat pulunu və mobil telefonunu alması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini H.Kərimli müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.