21 Aprel 2021 23:56
352
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhəri, Yasamal rayonu, İbrahim Əbilov küçəsində sökülməkdə olan fərdi yaşayış evlərində baş verən yanğın söndürülüb.

Teleqraf.com-un məlumatına görə, əraziyə dörd yanğınsöndürən avtomobil və canlı qüvvə cəlb edilib.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

23:25

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, İbrahim Əbilov küçəsində sökülməkdə olan fərdi yaşayış evlərində yanğın olması barədə məlumat daxil olub.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.


Müəllif: Teleqraf.com