4 May 2021 14:36
564
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qaradağ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Kütləvi İnformasiya və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Teleqraf.com-a açıqlamasında bildirib ki, müğənni Aslan Hüseynova məxsus BMV markalı avtomobil qəzaya düşüb.

Aslan Hüseynov Bakı-Qazax yolunun 60-cı kilometrliyində səhər saatlarında özünün idarə etdiyi “BMW” markalı avtomobillə qarşıda hərəkət edən “Kamaz” markalı yük avtomobili ilə toqquşub. Nəticədə Aslan Hüseynov və sərnişini vəfat edib.


Müəllif: Rəqsanə Həsənova