5 May 2021 08:25
717
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan vətəndaşı, İctimai fəal Bayram Məmmədovun Türkiyədə dənizdə meyiti aşkar edilib.

Teleqraf.com xəbər verir ki, dostları mayın 2-dən etibarən B.Məmmədovdan xəbər ala bilməyiblər. Axtarış üçün polisə müraciət etdikdə isə onun ölüm xəbərini alıblar. Bayram Məmmədovun hansı şəraitdə dənizə düşdüyü hələ məlum deyil.

Bayram Məmmədov Qiyas İbrahimovla birlikdə 2016-cı il mayın 10-da həbs olunmuşdu.

Bayram Məmmədovdan 2.904 qram, onun evindən isə 1 kiloqram 150 qram heroin aşkar edilib. Qiyas İbrahimovdan 2.607 qram, onun yaşadığı evdən isə 1 kiloqram 10 qram heroin tapılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsi 2016-cı il oktyabrın 25-də Qiyas İbrahimovu, həmin il dekabrın 8-də isə Bayram Məmmədovu 10 il azadlıqdan məhrum edib. Hər iki gənc beynəlxalq təşkilatlar tərəfindən siyasi məhbus kimi tanınıb. Onlar 2019-cu ilin martında İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıblar.

Bayram Məmmədov bir müddət idi ki, Türkiyədə yaşayırdı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər