Şəkidə gənc qadın intim görüntüləri ilə şantaj edilib.
Teleqraf.com xəbər verir ki, Şəki şəhər-rayon polis şöbəsinə müraciət edən şəhər sakini olan bir gənc qadın mayın 3-də tanışının onun şəkil və videolarını sosial şəbəkədə yayacağı ilə hədələyib qızıl bilərzik və üzüyünü almasını bildirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Birinci Biləcik kənd sakini T.Əhmədov müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.