Bakının Nizami rayonunda quldurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Nizami rayon Polis İdarəsinin 24-cü polis şöbəsinə müraciət edən Bakı şəhər sakini E.Səfərov mayın 2-də B.Nuriyev küçəsində naməlum şəxslərin onu bıçaq və tapançaya bənzər əşya ilə hədələyib 1700 manat pul tələb etdiyini, vermədikdə isə 600 manat dəyərində mobil telefonunu aldıqlarını bildirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən C.Musayev, F.Musayev, E.Məmmədov, X.Qocayev və əvvəllər məhkum olunmuş R.Sarızadə müəyyən edilərək saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.