14 May 2021 08:37
520
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib

Teleqraf.com xəbər verir ki, rayonun Ələsgər Bağırov küçəsində 2005-ci il təvəllüdlü Valeh Vəliyev naməlum şəxs tərəfindən boğazından bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com