3 İyun 2021 15:22
657
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabirabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin mayın 27-də Muğan Gəncəli kəndi ərazisində yerləşən fermaların birindən 176 baş qoyun oğurlamaqda şübhəli bilinən iki nəfər şəxs saxlanılıb.

Teleqraf.com xəbər verir ki, araşdırmalarla onların Salyan rayon sakini Tufan Bayramov və Gəncə şəhər sakini Vilayət İsrafilov olduqları müəyyən edilib.

Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri cinayət əməlini etiraf ediblər.

Faktla bağlı Sabirabad rayon polis şöbəsinin istintaq bölməsində cinayət işi açılıb.

Dəstə üzvlərinin digər oğurluq hadisələrində iştiraklarının olub-olmaması araşdırılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər