Astara rayonunun Şahağacı kəndi ərazisində yol qəzası olub.
Teleqraf.com xəbər verir ki, hələlik müəyyən edilməmiş avtomobillə kənd sakini Mahir Həsənov vurulub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Piyadanın ölümü ilə nəticələnmiş yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınan sürücünün müəyyən edilərək saxlanılması istiqamətində Astara rayon polis şöbəsi tərəfindən zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.