Türkiyənin İstanbul şəhərində Sultan Səlim Körpüsünün altında “AS ROSAILA” adlı ticarət gəmisi balıqçı qayığı ilə toqquşub.
Teleqraf.com Türkiyə KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində qayıq batıb.
Qayıqda olan üç nəfərdən biri hadisə yerində, biri xəstəxanada həyatını itirib. Digərinin həyatını xilas etmək mümkün olub.