18 İyun 2021 11:41
1 092
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kəlbəcərdə göldə batan hərbçinin meyiti tapılıb.

1981-ci il təvəllüdlü İlham Allahverdi oğlu Fərzəliyevin meyiti Kəlbəcər rayonu ərazisində Böyük Alagöl gölündən tapılıb.

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılan meyit aidiyyəti üzrə təhvil verilib.

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kəlbəcərdə göldə boğulan hərbçinin axtarışına başlayıb.

Bu barədə Teleqraf.com-a FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildiirlib ki, "112" qaynar telefon xəttinə Kəlbəcər rayonu ərazisində Böyük Alagöl gölündə 1981-ci il təvəllüdlü Fərzəliyev İlham Allahverdi oğlunun batması barədə məlumat daxil olub.

FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.


Müəllif: Teleqraf.com