Bakının Səbail rayonunda oğurluq olub.
Teleqraf.com xəbər verir ki, Səbail rayon Polis İdarəsinin 39-cu polis bölməsinə iyunun 18-də rayon ərazisindəki hostellərin birindən orada müvəqqəti yaşayan əcnəbi vətəndaşa məxsus içərisində 100 manat, 50 avro, 3 ədəd bank kartları olan pulqabı, 2 ədəd mobil telefon və qulaqcıq oğurlanması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Beyləqan rayon sakini E.Cambazov müəyyən edilərək saxlanılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb.