Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi 41 ünvanında çoxmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsindəki mənzildə yanğın olması barədə məlumat daxil olub.
FHN-dən Teleqraf.com-a verilən məlumata görə, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğın baş verdiyi ünvana cəlb olunub.
İlkin məlumata görə, həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində təqribən 80 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində qısa müddət ərzində yanğın məhdudlaşdırılaraq saat 21:36-da söndürülüb.