23 İyun 2021 09:57
425
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazax rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib.

Qazax rayon polis şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilən rayon sakini, Cabir Əliyev rayon ərazisində saxlanılıb.

Onun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd sellofan bağlamada narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Götürülən narkotik maddə maddi sübut kimi ekspertizaya təqdim edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Müəllif: Hacı Zeynalov