24 İyun 2021 13:26
484
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi Zaqatala rayonunda baş verən yol qəzası ilə bağlı məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, hadisə iyunun 22-də saat 14 radələrində Zaqatala rayonunun Qandax kəndi ərazisində baş verib.

Kənd sakini Vasif Əsgərovun idarə etdiyi motosikletlə Muğanlı kənd sakini R.İsmayılovun idarə etdiyi “Mercedes” markalı mikroavtobus toqquşduqdan sonra mikroavtobus aşıb.

Nəticədə R.İsmayılovun sərnişinlərindən Zöhrə Cəbiyeva hadisə yerində ölüb, digər 2 sərnişini, habelə V.Əsgərovun sərnişini xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Zaqatala rayon polis şöbəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov