Şirvanda qadın sirkə turşusundan zəhərlənib.
Teleqraf.com xəbər verir ki, Şirvan sakini, 1975-ci il təvəllüdlü Piriyeva Çəməngül Xancan qızı sirkə turşusu içərək intihara cəhd edib.
46 yaşlı qadın qida borusunun və mədənin kimyəvi yanığı diaqnozu ilə Şirvan xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.