Rusiya daxili işlər naziri azərbaycanlı keçmiş səfir İsfəndiyar Vahabzadənin 50 il müddətinə ölkə ərazisinə girişinə qadağa qoyub.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.
Eyni qadağa Qazaxıstan Respublikasının vətəndaşı Kuat Əhmədovaya qarşı da tətbiq edilib.
Qeyd edək ki, İ.Vahabzadə Rusiya Liberal Demokrat Partiyasının sədri, Dumanın deputatı Vladimir Jirinovskinin Azərbaycanın ərazi bütövlüyünə və dövlət müstəqilliyinə qarşı etdiyi təhdidlərə cavabında ağır ifadələrdən istifadə edib. Keçmiş diplomat olan Vahabzadənin cavabı Rusiyanın müəyyən dairələrində narazılıqla qarşılanıb.