Samux rayon Çobanabdallı kəndində avtomobilin vurduğu piyada yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.
Teleqraf.com xəbər verir ki, avqustun 16-da axşam saatlarında Samux rayon Çobanabdallı kəndində avtomobil, 1997-ci il təvəllüdlü R.Fərzəliyevi vurub.
O, ağır xəsarətlərlə Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.