22 Avqust 2021 12:54
668
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gədəbəy rayon polis şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları rayonun küçə və prospektlərində dayanma-durma qaydalarının düzgün təmin edilməsi ilə əlaqədar tədbirləri davam etdirir.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib.

Rayonun müxtəlif yerlərində dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən nəqliyyat vasitələrinin sürücüləri ilə yol polisi əməkdaşları maarifləndirici söhbətlər aparıb.

Dayanma-durma qaydalarını kobud şəkildə pozan 17 sürücü barəsində inzibati protokollar tərtib olunub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər