Bəzi sosial şəbəkə səhifələrində əsassız olaraq rayon sakini olan bir qadının Tovuz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları ilə əlbir olaraq vətəndaşları və hərbi qulluqçularla pul müqabilində görüş təşkil etməsi daha sonra polis əməkdaşları həmin şəxsləri şöbəyə dəvət etməsi barədə həqiqətə uyğun olmayan, böhtan xarakterli məlumatlar yayılıb.
DİN-in Mətbuat xidmətindən Teleqraf.com-a bildirilib ki, Tovuz rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri tədbirlər nəticəsində rayon sakini İ.Piriyeva pul müqabilində qadınları fahişəliyə cəlb etməkdə şübhəli bilinərək saxlanılıb:
"Araşdırmalar zamanı məlum olub ki, şübhəli şəxs əvvəlcədən bir neçə nəfərlə telefon danışıqları apararaq onlarla pul müqabilində xanımlarla görüşməyi təklif edib.
Hazırda həmin şəxs barəsində Cinayət Məcəlləsinin 241.1-ci (Fahişəliyə cəlb etmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.
İstintaq zərurəti ilə əlaqədar bəzi şəxslər şahid qismundə dəvət olunuraq izahatları alındıqdan sonra sərbəst buraxılıb".