24 Avqust 2021 14:22
588
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması, karantin rejimi qaydalarına riayət olunması məqsədilə profilaktik-maarifləndirmə tədbirləri həyata keçirilir.

DİN-in Mətbuat Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, qapalı məkanlarda keçirilən nəzarət tədbirləri zamanı bəzi sahibkarlar, eləcə də alıcı və satıcılar tərəfindən qaydalara biganə yanaşıldığı aşkarlanıb.

Onlara sosial məsafənin qorunması, tənəffüs yollarını örtən fərdi vasitələrdən istifadənin zəruriliyi barədə tövsiyələr verilib. Həmçinin, pandemiya dövrünün tələblərinə etinasız yanaşan obyekt sahiblərinə ciddi xəbərdarlıq olunub, bir neçəsi barəsində intizam tənbeh tədbiri görülüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər