Fətullahçı Terror Təşkilatı-Paralel Dövlət Quruluşu (FETÖ/PDY) cinayətinə görə ordu sıralarından qovulan 6 keçmiş hərbi qulluqçu Bodrumda qayıqla Yunan adalarına qaçarkən Sahil Mühafizəsi tərəfindən yaxalanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Bodrum qaçaqmalçılıq və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə şöbəsi məlumat yayıb.
Əməliyyat zamanı bir kapitan, iki leytenant və üç çavuş zabiti saxlanılıb.