31 Avqust 2021 13:12
915
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin avqust ayının 27-də Bərdə rayon sakini İsmayıl Məmmədov rayon polis şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus 19 000 manat pulun oğurlanması barədə məlumat verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupu məlumat yayıb.

Daxil olan məlumat əsasında Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində İ.Məmmədovun "Aztelekom" MMC-nin filialında yerləşən otağındakı seyfdən 19000 manat pulu oğurlayan şəxsin həmin müəssisənin əməkdaşı İsmayıl Eminov olduğu müəyyən edilib.

İsmayıl Eminov istintaqa təqdim olunmaqla şübhəli şəxs qismində saxlanılıb və oğurlanmış pullar maddi sübut kimi götürülüb.

Faktla bağlı Bərdə rayon polis şöbəsində cinayət işi başlanıb.

Araşdırmalar davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər