11 Sentyabr 2021 00:43
712
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda yol patrul xidməti avtomobili piyadanı vurub öldürüb.

Teleqraf.com-un məlumatına görə, hadisə paytaxtın Nizami rayonu ərazisində Heydər Əliyev prospektində baş verib.

Prospektdə hərəkətdə olan Yol Patrul Xidmətinə məxsus 99-YP-358 dövlət nişanlı “BMW” markalı avtomobil yolu keçən Bakı şəhərində yaşayan, 1950-ci il təvəllüdlü Ağalarova Mirhəcər Miryaqub qızını vurub. Avtomobildə olan polis əməkdaşı Əliyev Emil Güləsəd oğlu yaralını 3 saylı şəhər klinik xəstəxanasına çatdırmağa cəhd etsə də, qadın yolda dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər