Saatlı rayon polis şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi qaydalarına əməl olunması ilə bağlı keçirilən nəzarət-profilaktik tədbirlər zamanı rayon ərazisində fəaliyyətinə icazə verilən obyektlərin birində qaydaların pozulması halı aşkarlanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupu məlumat yayıb.
Tədbirlər zamanı obyektdə olanlar arasında tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən vətəndaşlar müəyyən edilib və onlar barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.