6 Dekabr 2021 10:16
475
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mingəçevir şəhəri Energetiklər qəsəbəsində yerləşən mağazadan ümumi dəyəri 900 manata yaxın siqaret və pul oğurlanıb.

Teleqraf.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Mağaza sahibi tərəfindən Mingəçevir şəhər polis şöbəsinə daxil olmuş müraciətlə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də üç dəfə eyni əmələ görə məhkumluq həyatı yaşayan şəhər sakini Rüstəm Alırin saxlanılıb.

O, ifadəsində törətdiyi cinayəti etiraf edib və oğurladığı siqaretləri sataraq əyləncəsinə xərclədiyini, pulla isə Bakı şəhərində ev kirayələdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb.

R.Alırinin digər cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər