Qazax rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Daş Salahlı kəndində qeydə alınıb.
Qazax sakini Eldar İsgəndərov idarə etdiyi "Opel" markalı avtomobillə anası, 1958-ci il təvəllüdlü Nərminə İsgəndərovanı vurub. O, aldığı xəsarətlərdən dünyasını dəyişib.
İlkin məlumata görə, hadisə ehtiyatsızlıq nəticəsində baş verib.
Faktla bağlı araşdırma aparılır.