Bərdə sakini həmkəndlisini ov tüfəngindən atəş açaraq yaralayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bərdə rayon polis şöbəsinə dekabrın 11-də Dəymədağıldı kəndi ərazisində kənd sakini C.Məmmədovun xuliqanlıq zəminində ov tüfəngindən atəş açaraq həmkəndlisi S.Həsənovun ayaq nahiyəsinə xəsarət yetirməsi barədə məlumat daxil olub.
S.Həsənov xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.
Polis əməkdaşları tərəfindən görülən tədbirlər nəticəsində C.Məmmədov könüllü olaraq rayon polis şöbəsinə gəlib və hadisədə istifadə etdiyi “Crtsan” markalı ov tüfəngini təhvil verib.
Faktla bağlı araşdırma aparılır.